Azərbaycanda daha 5 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 5 nəfər koronavirusdan öldü

Azərbaycanda daha 336 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb.

Azərbaycanda koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 9 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 113 nəfər müalicə olunaraq sağalıb, 113 nəfər vəfat edib.

Hazırda aktiv sayı 3 992 nəfərdir.

Son sutkada koronavirusla bağlı 5 600 test aparılıb, bununla da testdən keçənlərin sayı 368 254 nəfərə çatıb.

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler,
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər