İTV-nin əməkdşı aptek sahibini məhkəməyə verdi: təzminat tələb edir - FOTO

İTV-nin əməkdşı aptek sahibini məhkəməyə verdi: təzminat tələb edir - FOTO

İTV-nin əməkdaşı Bərdədə ona təzyiq göstərən aptek sahibini məhkəməyə verib.

"Apardığımız jurnalist araşdırmalarından əldə etdiyimiz informasiyalara görə bizə hücum edən şəxs təkcə xuliqanlıqla deyil, bir sıra digər qanunazidd əməllərlə də məşğuldur". 

BakuCity.az xəbər verir ki, bu sözləri Bərdədə apteklərdən birində tibbi maskanın satış qiymətləri barədə süjet hazırlamaq istəyərkən, aptek sahibi İsak Cəfərov tərəfindən təzyiqə məruz qalan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İnformasiya deportamentinin böyük redaktoru Şöhrət Eyvazov bildirib. 

Ş.Eyvazov qeyd edib ki, ona və həmkarı - operator Vüsal Quliyevə hücum edən, İTV-yə məxsus mikrofonu sındıran, kameranı sındırmağa cəhd göstərən, jurnalistlərin qanunu fəaliyyətinə zorakılıqla problem yaradan İ.Cəfərovdan 20 min manat məbləğində maddi və mənəvi təzminat tələb edir.

Həmçinin oxu:Aptek sahibi İTV-nin əməkdaşlarına təzyiq göstərdi - FOTO

"İsak Cəfərov rayonda özbaşınalıqlar törədən şəxs kimi tanınır. Onun hüquqazidd əməlləri çoxdur. Bu adan həmin gün üzərimizə hücum edərək köynəyimi cırıb, mirkrofonu sındırıb, bizi girov saxlamağa cəhd göstərib. Onun hərəkəti pandemiya dövrünə uyğun tələblər çərçivəsində peşə fəaliyyətini həyata keçirən bütün jurnalistlərə qarşı təhqirdir. Təkcə biz yox, bütüb Kütləvi İnformasiya Vasitələri (KİV) belə insanların cəmiyyətin inkişafına daim problemlər yaratdığını əsas götürərək onun və onun kimilərinin cəzalanmasına çalışmalıdır", - deyə Ş.Eyvazov bildirib. 

Xatırladaq ki, sözügedən hadisə iyunun 11-də baş verib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazov və operator Vüsal Quliyev tibbi maskalarla bağlı sorğu keçirərkən aptek sahibi İsak Cəfərovun hücumuna mərz qalıblar. 

Jurnalistlərin Daxili İşlər Nazirliyinin qaynar xəttinə - 102 xidmətinə müraciətindən sonra aptek sahibi Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin izahat alındıqdan sonra o, məhkəməyə qədər sərbəst buraxılıb. 

Qeyd edək ki, Şöhrət Eyvazov Qarabağ veteranı, ehtiyatda olan kapitandır. O, 2002-ci ildən "Hərbi and" qəzetinin müxbiri, 2005-ci ildən isə İctimai televiziyanın əməkdaşıdır.

İTV-nin əməkdşı aptek sahibini məhkəməyə verdi: təzminat tələb edir - FOTO, fotoşəkil-1 İTV-nin əməkdşı aptek sahibini məhkəməyə verdi: təzminat tələb edir - FOTO, fotoşəkil-2 İTV-nin əməkdşı aptek sahibini məhkəməyə verdi: təzminat tələb edir - FOTO, fotoşəkil-3 İTV-nin əməkdşı aptek sahibini məhkəməyə verdi: təzminat tələb edir - FOTO, fotoşəkil-4 İTV-nin əməkdşı aptek sahibini məhkəməyə verdi: təzminat tələb edir - FOTO, fotoşəkil-5 İTV-nin əməkdşı aptek sahibini məhkəməyə verdi: təzminat tələb edir - FOTO, fotoşəkil-6

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler,
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər