Ağır koronavirus xəstələrinin yeni görüntüləri - VİDEO

Ağır koronavirus xəstələrinin yeni görüntüləri - VİDEO

Azərbaycanda ağır koronavirus xəstələrinin yeni görüntüləri yayımlanıb.

Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Artıq COVID-19 diaqnozu qoyulmuş bir neçə xəstə tibb müəssisəsinə daxil olub.

BakuCity.az xəbər verir ki, hospitalda müalicə olunan xəstələrin vəziyyəti və onlara yaradılan şərait qənaətbəxşdir.

Burada kim əvvəlki vəziyyətinə qayıdacağı günü gözləyir, kim isə süni nəfəs aparatında həyatla ölüm arasında mübarizə aparır.

Hospitalın rəis müavini Bəxtiyar Musayevin sözlərinə görə, palatalar və şöbələr bütün lazımi avadanlıqlarla təchiz olunub və tibb müəssisəsi pasiyent qəbulunu dayandıraraq yalnız pandemiya xəstəxanası kimi fəaliyyət göstərəcək. Burada koronaviruslu xəstələrə xidmət göstərən bütün heyət də hospitalın öz əməkdaşlarıdır.

Dünəndən sonra hospitala COVID-19-a yoluxmuş xeyli xəstə daxil olub.

Ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 20-dan artıq tibb müəssisəsi ayrılıb. Ayın sonuna kimi isə daha 6 modul tipli xəstəxananın açılışı olacaq.

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler,
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər