Bakıda avtomobil ahıl qadını vurdu

Bakıda avtomobil ahıl qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında, Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 1948-ci il təvəllüdlü Məmmədova Asya Gülhüseyn qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın yerdəyişməsi sınığı və sol saidin sınığı diaqnozları qoyulub. (report)

BakuCity.az

Şərhlər