Azərbaycanda iş saatları dəyişir: detallar açıqlandı

Azərbaycanda iş saatları dəyişir: detallar açıqlandı

"Azərbaycanda iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı məsələ həmişə aktualdır".

BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quluyev qeyd edib ki, iş qrafiklərinin dəyişdirilməsi Bakıda sıxlığın aradan qaldırılmasına kömək ola bilər:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının qaldırdığı bu məsələ çox aktualdır. Bu məsələni 5-6 il bundan qabaq Milli Məclisdə gündəmə gətirmişdim ki, Bakıda sıxlığın aradan qaldırılması üçün bu təcrübədən istifadə edilsin.

İş vaxtları, məktəblərin, universitetlərin dərs qrafiki müxtəlif saatlara çəkilsin və hamı eyni vaxtda səhər evdən çıxıb axşam evə qayıtmasın. Bu zaman çox böyük sıxlıq və gərginlik yaranır. Hesab edirəm ki, təkcə pandemiya dövründə deyil, sonrakı vaxtlarda da, xüsusən Bakı şəhəri üçün bu məsələ çox aktualdır.

Dərs və iş qrafikləri 1-2 saat fərqlə tərtib olunsa, həm nəqliyyatda sıxlığı aradan qaldıra bilərik, həm də bu, insanların kütləvi şəkildə bir yerə toplanması və virusa yoluxmaların qarşısının alınmasına kömək ola bilər.

Fərqli vaxtlarda işdən çıxan adamlar marketlərə, idman zallarına, restoranlara və digər yerlərə də fərqli vaxtlarda gedəcəklər və həmin məkanlarda gərginlik və sıxlığın qarşısı alınacaq. 1-2 saat fərq təkcə iş yerlərində deyil, bizim sosial həyatımıza da rahatlaşma gətirə biləcək”.

Komitə sədri vurğulayıb ki, bununla bağlı Avropa ölkələrinin təcrübəsi var:

“Bəzi Avropa ölkələrində bir sıra yerlərdə iş səhər saat 7-də başlayır. Vacib deyil ki, hər yerdə iş səhər saat 9-da başlasın. Saat 07:00-da, 08:00-da, 10:00 və 11:00-da da iş başlaya bilər. Tez işə gələn də işdən tez çıxacaq və digər işləri ilə məşğul olacaq. Bu tədbir həyata keçirilə bilər. Bununla bağlı özəl sektora tövsiyə verilə bilər, dövlət qurumları da qərar qəbul edə bilər ki, hansı iş saat neçədə başlasın”.

Qeyd edək ki, R.Bayramlı bildirib ki, səhər və axşam saatlarında işə gedib-gələnlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib.

R.Bayramlının sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur: “İş yerlərinə müraciət etmək istəyirik ki, işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər”. (trend)

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənistanın Spitak şəhərinin tibb mərkəzində partlayış baş verib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində yazıb. “Partlayış “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin ərazisində baş verib. İlkin məlumata görə, oksigen təchizatı sistemi partlayıb. Hadisənin təfərrüatı aydınlaşdırılır”, – o qeyd edib. BakuCity.az
Cəmiyyət
Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən cəbhə zonasında ezamiyyətdə olan Səxavət Məmməd bildirib. BakuCity.az Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir: “Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli...
Cəmiyyət
Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Dağlıq Qarabağın marionet rejiminin rəhbəri Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Panik "xalqa müraciətində" Arutyunyan bir gün əvvəl Azərbaycan qoşunlarının şəhərdən beş kilometr aralıda yerləşməsi barədə faciəvi bir nitq söyləməklə kifayətlənmədi və bütün ermənilər onu xilas etmək məcburiyyətindədirlər - komandası göz yaşı tökən bir video da çəkdi. Sanki bir Hollivud əsərindən kadrlardır - Araik çox e...
Cəmiyyət
Prezident İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını açıqlayıb.  BakuCity.az xəbər verir ki, prezidentin tvitində bildirilir:  "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" BakuCity.az
Cəmiyyət
Bu gün nə baş verəcək? “Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşü düşünmürəm ki, hansısa nəticə verəcək. Çünki nəticənin olması üçün Ermənistan tərəfi Azərbaycanın ortaya qoyduğu şərtlərə tam şəkildə əməl etməlidir”. BakuCity.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov bu gün baş tutacaq Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşünü şərh edərkən deyib. O bildirib ki, Ermənistan mövqeyini dəyişməyəcəyi təqdirdə danışı...
Cəmiyyət
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. BakuCity.az
Cəmiyyət
Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təstiqləyib. Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib. BakuCity.az xəbər verir ki, təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr məsafədə yerləşən Bərdə şəhərinə beynəl...
Cəmiyyət
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bu barədə BakuCity.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək. BakuCity.az
Cəmiyyət
AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb. BakuCity.az xəbər verir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb. Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib: “Dedi ki, “ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda ş...