Bakı polisi karantin rejimini pozanları cərimələyir - FOTO/VİDEO

Bakı polisi karantin rejimini pozanları cərimələyir - FOTO/VİDEO

Bakı polisi karantin rejimini pozan şəhər sakinlərini cərimələyir.

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) maska taxmaq məcburidir.

Həmçinin oxu:Bakı polisindən şəhər sakinlərinə XƏBƏRDARLIQ

Sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Qaydalara əməl etməyən şəxslər barəsində qanunverciliyə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülür.

Bakı polisi karantin rejimini pozanları cərimələyir - FOTO/VİDEO, fotoşəkil-1 Bakı polisi karantin rejimini pozanları cərimələyir - FOTO/VİDEO, fotoşəkil-2 Bakı polisi karantin rejimini pozanları cərimələyir - FOTO/VİDEO, fotoşəkil-3 Bakı polisi karantin rejimini pozanları cərimələyir - FOTO/VİDEO, fotoşəkil-4 Bakı polisi karantin rejimini pozanları cərimələyir - FOTO/VİDEO, fotoşəkil-5

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər