Sabah Bakıda havanın temperaturu yüksək olacaq - PROQNOZ

Sabah Bakıda havanın temperaturu yüksək olacaq - PROQNOZ

Bakıda və Abşeronda 14 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli və isti olacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  35-40, Bakıda  gecə 21-23, gündüz 38-40 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan  aşağı 752  mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz  30-40 faiz təşkil edəcək. 

BakuCity.az

Şərhlər