Bakıda zəncirvari qəza olub

Bakıda zəncirvari qəza olub

Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən yol qəzası hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında, Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, "Opel", "Mercedes" və "Prado" markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər üç avtomobilə ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib. (report)

BakuCity.az

Şərhlər