Koronavirusun gizli simptomları AŞKARLANDI

Koronavirusun gizli simptomları AŞKARLANDI

"Asimptomatik daşıyıcıların əksəriyyəti gənclərdir".

BakuCity.az xəbər verir ki, bunu rusiyalı biologiya elmləri doktoru Ança Baranova koronavirusun gizli simptomları barədə danışarkən deyib.

“RİA Novosti”yə müsahibə verən alim bildirib ki, onlar, adətən, həkimlərə başqa səbəblərlə müraciət edirlər.

“Məsələn, mədəaltı vəzini müayinə etmək lazım olur və kompüter tomoqrafiyası həmin şəxsin ağciyərində mövcud olan problemi üzə çıxarır. Ağciyərin ölçüsü stereometriyadan istifadə edilməklə izlənilə bilər. Əgər ölçü azalırsa, bu, koronavirusun əlaməti ola bilər”, - deyə A.Baranova qeyd edib.

Mütəxəssisin fikrincə, infeksiyanın başqa bir gizli əlaməti böyrək funksiyasının azalması ola bilər. Bu vəziyyətdə qan testi olunmalıdır. Doğuşdan sonra hamilə qadınların ciftində də koronavirus aşkar edilir. Hamilə qadın koronavirus keçiribsə, onu simptomsuz daşıyıcı adlandıra bilmərik. Belə halda o, simptomları bəlli olan insandır. (oxu.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər