Bakıda karantin qaydalarını pozaraq çimərliyə gedənlər cəzalandırılıb.
Qaradağ rayonu Səngəçal qəsəbəsində sərt karantin qaydalarını pozaraq çimərliyə gedən səkkiz nəfər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb və onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıblar.