Bakıda cərimələnənlərin sayı azalıb - VİDEO

Bakıda cərimələnənlərin sayı azalıb - VİDEO

Bu həftə Bakıda cərimələnənlərin sayı azalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əlaqədar Bakı şəhərində bütün küçə və prospektlər yol polisi tərəfindən tam nəzarətə götürülüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən BakuCity.az-a verilən məlumata görə, stasionar yoxlama-buraxılma məntəqələrində müvafiq sənədlər yoxlanılmaqla hərəkət iştirakçılarına şərait yaradılır:

“Hərəkətə icazəsi olmayan sürücülərə tənbeh tədbirləri tətbiq edilib və profilaktiki tədbirlər həyata keçirilib. Nəticədə bu həftə ötən həftə ilə müayisədə inzibati tənbeh tədbirlərinin tətbiqi azlıq təşkil edib.

Bu da vətəndaş-polis münasibətlərində həmrəyliyin bariz nümunəsidir. İnanırıq ki, pandemiya dövründə vətəndaşlarımız səbrli və təmkinli olacaq, tələblərə uyğun hərəkət edəcəklər”.

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler,
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər