Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? - AÇIQLAMA

Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? - AÇIQLAMA

Koronavirusla bağlı rəylər

"Böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Hazırda əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

"Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır".

Bunu isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Maraqlıdır, ölkədə pandemiya statistikasını nəzərə alsaq, hazırda ikinci dalğanı yaşayırıq?

BakuCity.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu barədə heç bir məlumatının olmadığunu bildirib: "Bu bərədə mən bir söz deyə bilmərəm, belə bir hesablama yoxdur. Bu barədə dəqiq məlumat yoxdur".

Tibb eksperti Adil Qeybulla isə məsələyə tibbi baxımdan yanaşaraq hazırda ölkmizdə pandemiyanın ikinci dalğasının yaşanmadığını açıqlayıb. Ekspert qeyd edib ki, dalğalanma hər artımda müşahidə edilən proses deyil, sönərək yenidən alovlanan prosesdir:

"İkinci dalğanın yaranması prosesində sönmə və yenidən başlama mərhələsi müşahidə edilir. Ümumiyyətlə bütün dünya üzrə götürəndə ikinci dalğadan danışmaq hələ tezdir. Çünki hələ bəzi ölkələrdə problem lokallaşdırılıb. Məsələn Çini buna misal göstərmək olar. Bəzi ölkələrdə isə virusun yayılması davam edir. Müasir təbabətin əlində xeyli imkanlar olmasına baxmayaraq görünən odur ki, hələ pandemiya ilə mübarizədə effektiv tədbirlər mexanizmi ortada deyil. Biz yay aylarının sonu və payızda hansı mənzərə ilə qarşılaşacağımızı deyə bilmərik".

Tibb eksperti həmçinin rayonlarda koronavirusun yayılma arealına da münasibət bildirib. Adil Qeybulla xəstəliyin yayılma coğrafiyasının artmasını icazələr zamanı insanların sosial izolyasiya qaydalarını pozması nəticəsində baş verdiyini qeyd edib:

"Əvvəl düşünürdük ki, Azərbaycanda görülən sərt karantin tədbirləri infeksiyanı lokallaşdırmağa imkan verəcək. Rayonlarda demək olar ki, infeksiya yox idi. Bakıda xəstəlik lokallaşdırılmış və Azərbaycanda pandemiya ilə bağlı çox yaxşı nəticələr vermişdi.

Buna baxmayaraq karantin dövründəki icazələr zamanı insanlar qaydaları pozmağa başladılar. Bu onu göstərirdi ki, yoluxma coğrafiyası həm genişlənəcək, həm dinamikası artacaq. Həmin məqamın yaşanması da çoxsaylı itkilər deməkdir. Biz xroniki olaraq ən azı bir dalğa da yaşaya bilərik. ÜST-ün konkret tövsiyyələri ortada olmalıdır ki, bütün dövlətlər ona riayiət etsin". (sonxeber.az)

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənilərin qorxulu röyası olan PUA-nın yeni seriyası gəlir. Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar, o cümlədən "AKINCI” və "Bayraktar TB3” yerli mühərriklər sayəsində daha da təkmilləşdiriləcək. BakuCity.az xəbər verir ki, bu barədə Baykar Texniki Şirkətinin müdiri və T3 Vəqfinin idarə heyətinin sədri Səlçuk Bayraktar "Twitter” sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda TEI (TUSAŞ Motor Sanayi A.Ş.) tərəfindən istehsal edilən yerli təyyarə...
Cəmiyyət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) BakuCity.az-a bildirilib ki, Xidmət tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Respublikamızda koronavirus infeksiya...
Cəmiyyət
"Vəziyyət kritikdir".  BakuCity.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. İnfeksionist bildirib ki, bu şəkildə davam etsə, ölkənin böyük əksəriyyətində yoluxma sayları yüksələcək: "Yoluxmanın 1000-in üzərində olması ciddi bir rəqəmdir. Yoluxanlarının sayının daha da artma ehtimalı var. Xəstəliyin bir insandan digərinə çox asan və sadə yolla yoluxduğuna görə və yoluxma əmsalı yüks...
Cəmiyyət
İzmir 5 bal gücündə daha bir zəlzələ ilə sarsılıb. Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən 6,6 bal gücündə zəlzələdən sonra yeraltı təkanlar davam edir. BakuCity.az xəbər verir ki, son olaraq yerli vaxtla 08:31-də 5 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar ətraf rayonlarda da hiss olunub. Ümumilikdə, dünəndən bəri İzmirdə 400-dən artıq təkan qeydə alınıb, onlardan 31-nin gücü 4 baldan artıq olub. (Haber Global) BakuCity.az
Cəmiyyət
Ermənilər rayonlarımızı atəşə tutmaqda davam edir. Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub. BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
Ermənistanın Spitak şəhərinin tibb mərkəzində partlayış baş verib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində yazıb. “Partlayış “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin ərazisində baş verib. İlkin məlumata görə, oksigen təchizatı sistemi partlayıb. Hadisənin təfərrüatı aydınlaşdırılır”, – o qeyd edib. BakuCity.az
Cəmiyyət
Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən cəbhə zonasında ezamiyyətdə olan Səxavət Məmməd bildirib. BakuCity.az Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir: “Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli...
Cəmiyyət
Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Dağlıq Qarabağın marionet rejiminin rəhbəri Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Panik "xalqa müraciətində" Arutyunyan bir gün əvvəl Azərbaycan qoşunlarının şəhərdən beş kilometr aralıda yerləşməsi barədə faciəvi bir nitq söyləməklə kifayətlənmədi və bütün ermənilər onu xilas etmək məcburiyyətindədirlər - komandası göz yaşı tökən bir video da çəkdi. Sanki bir Hollivud əsərindən kadrlardır - Araik çox e...
Cəmiyyət
Prezident İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını açıqlayıb.  BakuCity.az xəbər verir ki, prezidentin tvitində bildirilir:  "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" BakuCity.az