Bakıda şadlıq evində yanğın baş verdi

Bakıda şadlıq evində yanğın baş verdi

Bakıda şadlıq evində yanğın hadisəsi baş verib.

BakuCity.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, dünən gecə saatlarında, Xətai rayonunda hər mərtəbəsi 1500 m² olan ikimərtəbəli şadlıq evinin dam örtüyü və damına çəkilən şüşə-pambıq üzlük 50 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BakuCity.az

Şərhlər