Hamını “Evdə qal”mağa səsləyib Qubaya istirahətə yollandı - FOTO

Hamını “Evdə qal”mağa səsləyib Qubaya istirahətə yollandı - FOTO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi istirahətə yollanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində şimal bölgəsində istirahətə yollanması ictimaiyyətdə müzakirələrə səbəb olub.

BakuCity.az xəbər verir ki, xanım Harmancı sərt karantin günlərində Quba və Qusar meşələrində istirahət zamanı çəkdirdiyi fotoları "Instagram"da paylaşması ictimaiyyətdə birmənalı qarşılanmayıb. 

Sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycanda insanları evdə qalmağa səsləyən ÜST-nin nümayəndəsinin sərt karantin günlərində "narıncı" zonadan (Bakı) "sarı" zonaya getməsi karantin qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Harmancı fotonu nə vaxt çəkdiyini açıqlamayıb və hələ ümumiyyətlə tənqidlərə münasibət bildirməyib. (report)

Hamını “Evdə qal”mağa səsləyib Qubaya istirahətə yollandı - FOTO, fotoşəkil-1 Hamını “Evdə qal”mağa səsləyib Qubaya istirahətə yollandı - FOTO, fotoşəkil-2 Hamını “Evdə qal”mağa səsləyib Qubaya istirahətə yollandı - FOTO, fotoşəkil-3

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər