Miçhel Levit: Koronavirusla bağlı deyilənləri unudun

Miçhel Levit: Koronavirusla bağlı deyilənləri unudun

Nobel mükafatlı kimya professoru dünyanı əsarət altına alan koronavirus barədə deyilənləri təkzib edib.

Professor Miçhel Levit insanları bağlı qapılar arxasında tutmağın onlar arasında təşvişə səbəb olduğunu və elmi həll yolu olmadığını bildirib.

Digər tərəfdən ABŞ-da yerləşən maliyyə qurumu JP Morgan da Levitin fikirlərini təsdiq edən məruzə hazırlayıb. Məruzənin yazarı Marko Kolanoviç hökumətlərin aldığı tədbirləri "çox az təsirli" və "gec"  olaraq adlandırıb. 

BakuCity.az xəbər verir ki, məhdudiyyətlər yumşaldıqdan sonra Almaniya və Danimarkada virusun yayılma əmsalı aşağı düşüb

Kolanoviç Danimarkada virusun yayılma əmsalının məktəblər açıldıqdan sonra aşağı düşdüyünü və Almaniyada isə yarıya qədər endiyini açıqlayıb.

Ailədaxili zorakılıq artıb

"The Telegraph" qəzetinə açıqlama verən professor M.Levit karantinin əslində düzgün qərar olmadığını qeyd edib: "Karantinin heç bir həyat qurtarmadığını düşünürəm. Hətta daha artıq can almış ola bilər. Karantinin verdiyi sosial zərbə daha böyükdür. Ailədaxili şiddət, boşanmalar, spirtli içkilərə meyil daha da artıb".

"Karantinin ardınca yoluxmalarda kəskin artım ola bilər"

Professor M.Levit karantin qaydalarının yumşaldılmasından sonra virusa yoluxmaların sayında kəskin artım olacağını bildirib: "Daha əvvəl virusa yoluxmayan insanların anidən sosial həyata qayıtmasıyla virusa yoluxmalarda artım yaşana bilər".

Elm adamı həmçinin karantin rejimini tamamilə effektsiz hesab etmədiyini dilə gətirib: "Müəyyən mənada müsbət nəticələri oldu. İndiki mərhələdə isə hökumət başçıları maska taxmağı və insanları iş həyatlarına dönməyi təşviq etməlidir". (mediapost)

BakuCity.az

xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler,
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər