Ən çox koronavirus xəstəsi olan rayonlar — STATİSTİKA

Ən çox koronavirus xəstəsi olan rayonlar — STATİSTİKA

Bakıda koronavirusa yoluxma halları artıb.

BakuCity.az xəbər verir ki, Azərbaycanda ötən həftə koronavirusa yoluxanların 49,5 faizi Bakının payına düşürdüsə, hazırda bu rəqəm 50,2 faiz təşkil edir.

Ölkə üzrə ikinci ən çox yoluxma Gəncə-Qazax zonasındadır. Bu bölgə üzrə göstərici 12,4 faizdir. Yoluxmanın 12,3 faizi Abşeron, 8,8 faizi Aran zonası, 7,2 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 2,9 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Şəki-Zaqatala, 1,5 faizi Quba-Xaçmaz, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində, 1,8 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,05 faizdir.

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Yasamal, Xətai və Binəqədi rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,7 faizi Yasamal, 12,1 faizi Binəqədi, 12,2 faizi isə Xətai rayonunun payına düşür. Bakı üzrə yoluxmanın 12 faizi isə Sabunçu rayonunda qeydə alınıb. Yoluxma hallarının 10,7 faizi Nəsimi, 9,6 faizi Suraxanı 8,8 faizi Nərimanov rayonunda qeydə alınıb. Yoluxma hallarının 7,3 faizi Nizami, 6,6 faizi Qaradağ, 4,4 faizi Xəzər, 3,2 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir. Bu virusdan dünyasını dəyişənlərin 35 nəfəri (43 faiz) 60-69 yaş, 19 nəfəri (23 faiz) nəfəri 70-79 yaş, 15 nəfəri (18 faiz) isə 50-59 yaş həddində olub.

Xatırladaq ki, iyunun 16-na qədər Azərbaycanda 10324 nəfər koronavirusa yoluxub. Onlardan 5739 nəfər sağalıb, 122 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 4463 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 386 min 898 nəfər üzərində koronavirus testi keçirilib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Erməni əsgər qadın Azərbaycan tərəfə keçib. BakuCity.az Erməni əsgər qadın könüllü olaraq Azərbaycan tərəfə keçib. BakuCity.az
Cəmiyyət
Düşmən rayonlarımızı təkrar atəşə tutub. Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
BMT Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BMT Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda yaşayış məntəqələrinin atəşə tutulmasını, o cümlədən də Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BakuCity.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib. “Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olma...
Cəmiyyət
Ermənistanın daha 51 hərbçisi ordumuz tərəfindən məhv edilib. İşğalçı Ermənistan Azərbaycan ordusunun əks-hücumu nəticəsində məhv edilən hərbçilərinin sayını açıqlayıb. BakuCity.az xəbər verir ki, bu dəfə ordumuz 51 erməni hərbçisini məhv edib. Düşmən tərəf ümumilikdə 1 119 hərbçisinin öldürüldüyünü etiraf edib. (oxu.az) BakuCity.az
Cəmiyyət
Döyüş əməliyyatları davam edir. İşğal edilən Dağlıq Qarabağın müxtəlif istiqamətlərində oktyabrın 29-da intensiv döyüş əməliyyatları davam edir. BakuCity.az xəbər verir ki, bunu qondarma rejimin “mətbuat katibi” Vahram Poqosyan "Facebook" səhifəsində yazıb. “Hazırda Əsgəran bölgəsində şiddətli döyüşlər gedir: Avetaranots, Sgnax və Aknaxbyur”, - Poqosyan paylaşımında deyib. Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu işğal edilən Dağlıq Qar...
Cəmiyyət
Ermənistan ordusunda qiyam baş verib. Ermənistan silahlı qüvvələrinin 3-cü Ordu Korpusunun alaylarından birində qiyam baş verib.  BakuCity.az xəbər verir ki, qiyam baş verən korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşdirilib. Alaydakı muzdlular Dağlıq Qarabağdakı döyüş bölgəsinə yenidən yerləşdirmə əmrinə tabe olmaqdan kütləvi şəkildə imtina ediblər. ( trend ) BakuCity.az
Cəmiyyət
Döyüşlərin davam etdiyini isiqamətlər. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Döyüş əməliyyatları əsasən cəbhənin Xo...
Cəmiyyət
Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. BakuCity.az məlumatda deyilənləri təqdim edir: 28 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb. BakuCity.a...
Cəmiyyət
Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir. BakuCity.az bu barədə "Report"a xəbər verir. Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır. Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur. BakuCity.az