Bakıda komendant saatı tətbiq ediləcək? - AÇIQLAMA

Bakıda komendant saatı tətbiq ediləcək? - AÇIQLAMA

Bu həftə Bakıda və rayonlarda komendant saatı elan edilə bilərmi?

Artıq ki, 2 həftədir ki, istirahət günləri və bayram günü insanların çölə çıxmasına qadağa qoyulub. Sərt karantin günlərini evdə keçirmək istəməyən şəxslər bölgələrə üz tutub. Bu isə ölkə ərazisində koronavirusun geniş yayılma riskini artırır. Bu həftə Bakıda və rayonlarda komendant saatı elan edilə bilərmi?

BakuCity.az xəbər verir ki, bununla bağlı deputat Azər Badamov danışıb. A.Badamovun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizədə vətəndaşların məsuliyyətlə yanaşması vacibdir.

"Operativ Qərargah 9 şəhər və rayonu narıncı zonaya daxil edərək 14-15 iyun tarixlərində həmin yerlərin qapadılması ilə bağlı qərar qəbul etdi. Biz isə çalışdıq ki, hərə özünə bir yol taparaq rayonlara qaçsın. Dərk etməliyik ki, yaşadığımız yer qapadılırsa buranın infeksiya yayılma riskini nəzərə alınır. Hamımız da müəyyən olunmuş iki gündə qapalı vəziyyətdə yaşamalıyıq. Bir dəfəlik dərk etməliyik ki, pandemiyaya görə hərəkətimiz minimumlaşmalıdır, tibbi maska taxılmalıdır. Tibbi maska ilə yaşamağa öyrəşməliyik. Tanıdığımız adamlarda yoluxmalar və dünyasını dəyişənlər gözümüzün önündə baş verir.

Komendant saatının rayonlara tətbiq olunacağını düşünmürəm. Sadəcə narıncı zonaya daxil yaşayşış məntəqlərində yaşayan insanların heç bir halda regionlara istirahətə getməsinə icazə verilməməlidir. Hərəkət tamamilə dayanmalıdır ki, nəticə əldə edək", - deyə millət vəkili Azər Badamov bildirib. (sonxeber)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər