"Neftçi" Baqali Dabo ilə bağlı sanksiya verdi

"Neftçi" Baqali Dabo ilə bağlı sanksiya verdi

"Neftçi" klubunun rəhbərliyi futbolçu Baqali Dabonun sosial şəbəkədəki davranışını nəzarətə götürüb. 

BakuCity.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, "Neftçi” ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməz hesab edilib.

Ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. 

Aparılan müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə B.Dabonuna qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub.

Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər məşqlərini fərdi şəkildə davam etdirəcək.

BakuCity.az

Şərhlər