Əhalinin 60 faizi koronavirusa yoluxub - SOS

Əhalinin 60 faizi koronavirusa yoluxub - SOS

"Əhalinin 60 faizi koronavirusa yoluxmuş vəziyyətdədir".

"Əhalinin 60 faizi koronavirusa yoluxmuş vəziyyətdədir. Biz hər gün virusa yoluxmuş xəstə görürük. Hər gün ayrı-ayrı klinikalarda koronavirusa yoluxmuş ən azı 10-15 xəstə tapılır, təcili yardım maşınları ilə testi müsbət çıxan insanlar gətirilir. Vəziyyət çox pisdir".

BakuCity.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

A.qeybullayev ölkədə karantin rejiminin yenidən sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib:

“Karantin rejimi yumşaldıqdan sonra on minlərlə adam küçəyə çıxdı, sosial məsafəni, karantin qaydalarını gözləmədilər və nəticədə virus şiddətlə yayıldı. İnsanlara dəfələrlə xəbərdarlıq edirik ki, 3 qaydanı - sosial məsafə, maska, gigiyena qaydalarını gözləmək lazımdır”.

Adil Qeybulla maskanın nə üçün taxılmalı olduğunu da izah edib:

“Maskanı ona görə taxmalıyıq ki, öskürəndə, asqıranda başqasına virus keçməsin. Hər halda maska bu problemi bir qədər uzaqlaşdırır. Əllərimizi də tez-tez yumalıyıq, çünki gün ərzində müxtəlif yerlərdə toxunuruq.

Bir sözlə, qaydalara hər kəs düzgün əməl edərsək, virusdan uzaq olarıq. Lakin nə görürük? İnsanlar parklara axışır, sosial məsafə gözləmir, maska taxmırlar. Yaxud da bəziləri maskanı cibində, əlində saxlayır, polis görən kimi ağzına taxır. Bu zaman da maska rəngini dəyişir, gigiyenik baxımdan təhlükəli vəziyyət yaranır”.

Adil Qeybulla təklif edib ki, ictimai nəqliyyatda tibb maskalar pulsuz olaraq paylanılsın:

“30 qəpiklik maska üçün xəsislik etmək olmaz. Sonra bu problemin altından çıxa bilmərik. Təsəvvür edin, tək bir insanın xəstələnməsi neçəyə başa gəlir? Bu baxımdan da ictimai nəqliyyatlarda tibbi maska paylamaq lazımdır”.

Professor qeyd edib ki, gün ərzində maskadan düzgün istifadə etmək də əsas şərtdir:

“Küçədən evə gələn kimi maskanı çıxarıb, atmaq lazımdır. Amma müşahidə edirik ki, əksəriyyət bir maskadan dəfələrlə istifadə edir.

Əsasən su keçirməyən materialdan hazırlanan maskalara üstünlük vermək lazımdır. Hazırda apteklərdə yuyulan maskalar da satılır. Həmin maskalardan alıb istifadə etdikdən sonra, bir gün məsafə ilə, onu sabunla yuyub, qurudub, yenidən istifadə etmək olar”. (musavat.com)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər