Bakı metrosunda YENİLİK

Bakı metrosunda YENİLİK

Bakı metrosunda sərnişinlər üçün yenilik edilib.

Bu gündən etibarən metro qatarlarında sərnişinlərə karantin qaydaları ilə bağlı yeni müraciət səsləndirilir.

BakuCity.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov bildirib ki, karantin qaydaları çərçivəsində qoruyucu vasitələrdən istifadəyə laqeyd yanaşan sərnişinlər üçün yeni elan hazırlanıb.

“Bu gündən etibarən stansiyalarda karantin qaydaları ilə bağlı 6 yeni poster yerləşdiriləcək. Həmçinin, stansiyalarda sərnişinlərin qoruyucu maskalardan istifadəyə məsuliyyətli yanaşmaları üçün Dj Fatehin səsləndirməsində yeni elan verilib. 

Dj Fatehin səsi ilə sərnişinlərə karantin rejimi ilə bağlı metodiki göstərişlərə riayət etmək, sosial məsafəni qorumaq tövsiyə olunacaq:

Bundan əlavə, qatarlarda bu məqsədlə aparıcının 8 fərqli müraciətinin səs yazısı lentə alınıb. Çalışmışıq ki, elan yorucu olmasın. Fərqli müraciət forması olacaq. Fikrimizcə, bu diqqət çəkəcək və maraqla qarşılanacaq”.

Metroda karantin qaydalarının pozulması ilə bağlı isə qurum rəsmisi bildirib ki, bununla bağlı statistika metropoliten əməkdaşları tərəfindən aparılmır:

“Əməkdaşlarımız platformada qoruyucu vasitələri çıxaran şəxslərə yaxınlaşaraq, maskaları qaydalara uyğun şəkildə istifadə etməyi tövsiyə edir. Qayda pozuntusu və cərimə məsələlərinə polislər nəzarət edir”. (oxu.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər