Bakı sakini üç nəfər tərəfindən döyüldü

Bakı sakini üç nəfər tərəfindən döyüldü

Bakıda quldurluq hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Təhməzov iyunun 5-də Naximov küçəsində 3 nəfərin onun baş nahiyəsinə yumruqla vuraraq içərisində 640 manat pul, 380 manat dəyərində qulaqcıq, adaptor və geyim əşyaları olan çantasını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri V.Xəlilov, O.İsmayılov və Ə.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. (report)

BakuCity.az

Şərhlər