Bakıda qoşulub qaçan qız təcavüzə məruz qaldı

Bakıda qoşulub qaçan qız təcavüzə məruz qaldı

İyunun 5-də Bakının Xəzər rayonunda Mərdəkan qəsəbəsinin 17 yaşlı sakininin itkin düşdüyü məlum olub.

BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, itkin düşmüş qızdan 12 gün ərzində heç bir xəbər alınmayıb. İyunun 17-də o, evə qayıdıb. Elə həmin gün Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, sosial şəbəkədə tanış olduğu, 2003-cü il təvəllüdlü E.G ilə bilikdə evdən qaçdığını bildirib.

Gənc onunla evlənəcəyini vəd edərək, S.Məmmədov küçəsindəki mənzilə aparıb. Burada o, qızı döyüb və ona təcavüz edib.

İlkin məlumatlara görə, qız dəfələrlə zorakılığa məruz qalıb.

Hazırda polis əməkdaşları şübhəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əldə edilən məlumatları yoxlayırlar. (oxu.az)

BakuCity.az

Şərhlər