Bakıdan İstanbula daha iki xüsusi reys olacaq

Bakıdan İstanbula daha iki xüsusi reys olacaq

Bakıdan İstanbula daha iki xüsusi reys həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” iyunun 25-26-da Bakı-İstanbul-Bakı marşrutu üzrə daha iki xüsusi reys həyata keçirəcək.

BakuCity.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Məlumata görə, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul reyslərinə 1-ci Terminalda (Terminal 1) xidmət göstəriləcək. Aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında açıqdır. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır. Yeni qaydalara uyğun olaraq, yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır.

BakuCity.az

Şərhlər