Bakıda ağır qəza: xəsarət alanlar var

Bakıda ağır qəza: xəsarət alanlar var

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında, Sabunçu rayonunda qeydə alınıb.

Qəza zamanı 1983-cü il təvəllüdlü Nağıyev Arif Nazim oğlu və 1987-ci il təvəllüdlü Əkbərov Məhəmməd Aydın oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

Hər iki şəxsə kəllə-beyin travması diaqnozu qoyulub.

BakuCity.az

Şərhlər