Daxili və xarici uçuşlar üçün bilet alanlar SMS-icazə almalıdırmı?

Daxili və xarici uçuşlar üçün bilet alanlar SMS-icazə almalıdırmı?

Azərbaycanda sərt karantin rejimi bərpa olunur.

Sərtləşdirilmiş karantin rejimi dövründə ölkədən gedən və gələn vətəndaşlara SMS icazəsi almağa ehtiyac yoxdur.

BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyevin sözlərinə görə, müvafiq beynəlxalq və ya daxili uçuş üçün bileti olan insanların biletləri əsasında evlərindən çıxmalarına icazə verilir.

Müəyyən olunmuş qaydada ölkəyə girən insanların yaşayış yerinə gəlişi isə pasportdakı möhürə əsasən reallaşır.

BakuCity.az

Şərhlər