"SMS icazə və icaze.e-gov.az sistemləri fərqlidir".
BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev deyib.
Ü.Mehdiyevin sözlərinə görə, vətəndaşlarda çaşqınlıq yaradan məsələlər var:
"İcaze.e-gov.az portalı fəaliyyətinə icazə verilən təşkilatların, dövlət və özəl sektorun, şirkətlərin əməkdaşlarına icazə alınması üçündür. Bu əməkdaşların sayının məhdud olması arzuolunandır. İcazə yalnız işə gəlmək və getmək üçündür.
SMS icazə isə vətəndaşlar üçündür. 8103 nömrəsinə müvafiq kodları göndərməklə, vətəndaşlar icazə alıb, qeyd olunan bəndlərə uyğun müddət ərzində yaşayış yerlərini tərk edə bilərlər".
BakuCity.az