Azərbaycanda son bir gündə 471 nəfər yoluxdu: 5 nəfər öldü - FOTO

Azərbaycanda son bir gündə 471 nəfər yoluxdu: 5 nəfər öldü - FOTO

Azərbaycanda son bir gündə koronavirusa 471 yoluxma qeydə alınıb, 5 nəfər ölüb.

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5 574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 627 koronavirus testi aparılıb.

Azərbaycanda son bir gündə 471 nəfər yoluxdu: 5 nəfər öldü - FOTO, fotoşəkil-1

BakuCity.az

Şərhlər