Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə dünən gecə, Qaradağ rayonunda qeydə alınıb.

Belə ki 17-AA-082 dövlət nömrə nişanlı "Mitsubishi Mirage" markalı avtomobil naməlum piyadanı vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (report)

BakuCity.az

Şərhlər