Bakı küçələri yenə dezinfeksiya edildi - FOTO

Bakı küçələri yenə dezinfeksiya edildi - FOTO

Bakı küçələri növbəti dəfə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejimi dövründə paytaxtda koronavirus pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə paytaxtın bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilir.

BŞİH-nin Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə səkilər, yol kənarları, park və meydanlar, obyektlərin qarşısı dezinfeksiya edilib.

Həmçinin, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.

Bakı küçələri yenə dezinfeksiya edildi - FOTO, fotoşəkil-1 Bakı küçələri yenə dezinfeksiya edildi - FOTO, fotoşəkil-2 Bakı küçələri yenə dezinfeksiya edildi - FOTO, fotoşəkil-3 Bakı küçələri yenə dezinfeksiya edildi - FOTO, fotoşəkil-4 Bakı küçələri yenə dezinfeksiya edildi - FOTO, fotoşəkil-5

BakuCity.az

Şərhlər