Bakıda neqativ çıxan Covid-19 testi pozitiv edildi - FOTO

Bakıda neqativ çıxan koronavirus testini pozitiv olaraq təqdim ediblər.

Bakıda “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik”də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.

BakuCity.az xəbər verir ki, Sadıq-zadə Mirzə Zeynal oğlu sözügedən tibb mərkəzində testdən keçib və nəticəsi neqativ çıxıb.

Amma “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib.

Bu barədə danışan M.Sadıq-zadə bildirib ki, ona yaxın olan şəxslərdən birinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb və bu səbəbdən narahat olduğu üçün özü də test etdirib:

“Testdən bir neçə gün öncə yüngül öskürək və 37,4-37,5 qızdırmam var idi. Təcili yardıma bildirsəydim, cavablar üç günə  çıxacaqdı və əgər məndə pozitiv idisə, kimisə yoluxdura bilərdim. “Referans”a yollandım ki, əmin olum. Cavab neqativ çıxdı və artıq test verməyə gedəndə məndə heç bir narahatlıq yox idi”.

Şikayətçi onu da bildirib ki, bundan öncə xüsusi karantin rejimi dövründə portalda iş üçün icazəsi olub:

“Bu gün baxdım ki, silinib. Yeni icazə götürmək istədiksə isə bildirildi ki, COVID-19-a yoluxmuş şəxs 21 gün sonra icazə götürə bilər. Laboratoriya mərkəzinin hansısa işini düzgün görməyən əməkdaşı mənim barəmdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yanlış məlumat verərək, nəticəmin pozitiv çıxdığını bildirib. Bu səbəbdən, dünəndən telefonuma gələn zənglər və mənim hər birinə göndərdiyim testin nəticələrinə inansalar da, adını qeyd etdiyim poliklinika öz səhvini düzəltmədi", - deyə paytaxt sakini bildirib.

Xatırladaq ki, M.Sadıq-zadə COVID-19 testi üçün klinikaya 100 manat ödəniş edib. (qafqazinfo)

BakuCity.az

Şərhlər

Ekologiya
Bakıda 13 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  29-34, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunu, nis...
Kriminal
Polis Bakı küçələrindəki nəzarəti gücləndirib. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, diqqətə çatdırılır ki, tənə...
Cəmiyyət
SARS-CoV-2 koronavirusunun yayılma sürəti may göstəriciləri ilə müqayisədə iki dəfə artıb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Əvvəlki aylarda koronavirusa yoluxma hallarının həftəlik artımı azalmışdı, ancaq son günlər yenidən artım qeydə alınıb.  ÜST rəhbəri iyulun 10-da sutka ərzində rekord sayda yoluxma halı (228 mindən çox) oluğunu bildirib. Qebreyesusun sözlərinə...
Cəmiyyət
Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib. BakuCity.az xəbər verir ki, istər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir. Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. P...
Cəmiyyət
Dünyada COVID-19-la bağlı son vəziyyət açıqlanıb. Dünyada son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 219 mindən çox artıb və 12,3 milyonu ötüb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Məlumata görə, dünyada koronavirusdan (COVID-19) ölənlərin ümumi sayı 556 min nəfəri ötüb. Qeyd edilir ki, son bir gün ərzində koronavirus infeksiyasına yeni 219 983 yoluxma qeydə alınıb, COVID-19-d...
Cəmiyyət
Rayonlara gediş-gəliş bərpa olunur?  “Bu xəstəliyin də inkubasiya dövrü 14 gün olduğu üçün hər hansı bir şəxs özünü tam sağlam hiss edərək rayona getdiyi zaman özü ilə virusu gətirə bilər”. BakuCity.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:  “Son zamanlar bizə çox müraciətlər olur....
Cəmiyyət
Baş Nazir Əli Əsədov  təhsillə bağlı qərar imzalayıb. Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20...
Cəmiyyət
Daxili İşlər Nazirliyinə (DİN) dayanma-durma tələblərinin pozulmasına görə cərimə yazmaq səlahiyyəti verilib. BakuCity.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev iyulun 10-da fərman imzalayıb. Yeni fərmanla Prezidentin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanı də...
Ekologiya
Bakıda 12 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz 29-34, Bakıda  gecə 21-23, gündüz  32-34...