TƏBİB-dən “Semaşko”dakı vəziyyətlə bağlı AÇIQLAMA

TƏBİB-dən “Semaşko”dakı vəziyyətlə bağlı AÇIQLAMA

TƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verib.

TƏBİB 1 saylı Kliniki Tibbi Mərkəzlə ("Semaşko") bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı açıqlama yayıb.

TƏBİB-dən BakuCity.az-a verilən məlumata görə, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür.

Qeyd olunub ki, pasiyetin “Çin dərmanı” adlandırdığı dərman preparatı Favipiravirdir:

"Favipiravir – müxtəlif növ RNT-virusları, o cümlədən koronavirus SARS-CoV-2, əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənmişdir. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı “Aviqan”dır.

Favipiravirin koronavirus əleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunmuşdur. Müayinənin nəticələri göstərmişdir ki, Favipirivarin təsiri altında koronavirusun insan orqanizmində mövcudluğu 11 gündən 4 günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur, halbuki Favipiraviri qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil etmişdir. Bu preparatın təsirinə dözən virus hələ ki, aşkarlanmayıb".

Həmçinin oxu: TƏBİB sözçüsü koronaviruslu xəstənin "Semaşko"dan yaydığı videodan DANIŞDI

Qeyd olunub ki, Azərbaycanda mövcud olan xüsusi rejimli xəstəxanalar dünyada COVID-19 infeksiyasının müalicəsində istifadə edilən bütün dərman preparatları ilə təmin edilib:

"Digər dərman preparatı olan Paracetamol – qızdırmasalıcı və ağrıkəsici effektə malik olan dərman vasitəsidir. Dərman vasitəsini müxtəlif növ ağrıların ( baş ağrısı, diş ağrısı, nevralgiya, əzələ ağrıları, revmatik ağrılar, menstrual ağrılar, yanıq zamanı olan ağrılar, travmalarda müşahidə olan ağrılar və s.) aradan qaldırılması üçün və iltihablı proseslərdə müşahidə olunan qızdırma və hərarəti salmaq üçün istifadə edilir".

Digər iddiaya görə, həkim-infeksionistlərlərin çatışmazlığı müşahidə edilir və digər ixtisasdan olan həkimlərin pasiyentlərə qulluq göstərməsindən narazılıq edilir:

"Bütün dünyada Koronavirus pandemiyasına qarşı mübarizəyə tək həkim-infeksionistlər deyil, müxtəlif ixtisaslı həkimlər cəlb edilib. Eləcə də, Azərbaycanda bütün ixtisasdan olan həkimlər ayrı-ayrı pandemiya xəstəxanalarında pasiyentlərə xidmət göstərir. Amma bu o demək deyil ki, xüsusi rejimli xəstəxanalarda müalicələr özbaşına və heç bir əsası olmadan aparılır.

Bütün tibb müəssisələrində müalicə TƏBİB tərəfindən tərtib olunmuş “COVID-19 - Tibb işçiləri üçün müvəqqəti rəhbərlik” əsasında müvafiq protokollarla aparılır. Hhər bir xəstəxana həkim-infeksionist tərəfindən koordinasiya olunur".

Bildirilib ki, Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma davam etdirilir və pasiyentlərin müraciətləri və şikayətləri nəzərə alınaraq, tez bir zamanda mövcud çatışmazlıqlar aradan qaldırılacaq.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənistan atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında etdiyi paylaşımda bildirib. Hikmət Hacıyev bildirib ki, raket həmin şəxsin evinin damına düşüb. “Ermənistanın hərbi cinayətləri davam edir”. Now. One more civilian was killed by Armeni...
Cəmiyyət
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
"Boş ümidlərə qapılmayın, ordumuz Azərbaycan qarşısında dayana bilməz". Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyilir. Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisindədir: “Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbay...
Cəmiyyət
Şücaət göstərən hərbçiyə mənzil hədiyyə olunub. “Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib. BakuCity.az xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil...
Cəmiyyət
Könüllü Bərdədə humanitar dəstək verərkən öldürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü Ermənistanın şəhəri kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb. BakuCity.az xəbər verir ki, bunu zərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter paylaşımında qeyd edib. BakuCity.az
Cəmiyyət
Erməni əsgər qadın Azərbaycan tərəfə keçib. BakuCity.az Erməni əsgər qadın könüllü olaraq Azərbaycan tərəfə keçib. BakuCity.az
Cəmiyyət
Düşmən rayonlarımızı təkrar atəşə tutub. Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
BMT Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BMT Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda yaşayış məntəqələrinin atəşə tutulmasını, o cümlədən də Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BakuCity.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib. “Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olma...
Cəmiyyət
Ermənistanın daha 51 hərbçisi ordumuz tərəfindən məhv edilib. İşğalçı Ermənistan Azərbaycan ordusunun əks-hücumu nəticəsində məhv edilən hərbçilərinin sayını açıqlayıb. BakuCity.az xəbər verir ki, bu dəfə ordumuz 51 erməni hərbçisini məhv edib. Düşmən tərəf ümumilikdə 1 119 hərbçisinin öldürüldüyünü etiraf edib. (oxu.az) BakuCity.az