Azərbaycanlı professor pandemiyanın bitəcəyi dəqiq tarixi dedi

Azərbaycanlı professor pandemiyanın bitəcəyi dəqiq tarixi dedi

Professor Adil Qeybullayev Covid-19 virusunun bitəcəyi dəqiq tarixi söyləyib.

"Bakı şəhərində bütün xəstəxanalar imkanlarını mobilləşdirsə, təxminən 7 min xəstənin yatmasına imkan var. Axı bu qədər personal, tibb bacıları, həkim yoxdur ki, onlara xidmət göstərə".

BakuCity.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

A.Qeybulla bildirib ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir:

"Təcrübə göstərir ki, COVİD-19 klinik olaraq bütün əlamətləri ortaya çıxdığı halda bəzən testlər mənfi olur. Yəni, test ayrıca bizə tam dəqiqliyi ilə bir şey deyə bilmir. Test ümumi bir müayinə prosesində diaqnostikanın bir elementi kimi götürülə bilər, amma tək testə güvənmək olmaz. İnsanlarda koronavirusun klinik əlamətləri varsa, təngnəfəslik, qızdırma, halsızlıq, ağciyərlərdə konkret Covid xarakterli dəyişiklik, "buzlu şüşə" sindromu və s., bu, o deməkdir ki, xəstə yataq rejimində müalicə almalıdır.

Vaxtında aparılan müalicə çox şeyin qarşısını ala bilir. Təəssüflər olsun ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir. Xeyli xəstələrdə xəstəlik subklinik (əlamətsiz - red) formada keçir, xüsusilə də uşaqlarda və bəzən uşaqlar özləri yoluxma mənbəyi kimi çıxış edirlər".

Professor koronavirusun 8-9 aya yoxa çıxacağını bildirib:

"Müəyyən şarlatanlar, müəyyən adamlar ortaya çıxıb reseptlər deyirlər. Xəstəlik simptomatik müalicə olunur, amma xəstəliyin spesifik müalicəsi yoxdur. Yalnız "Remdesivir", hələlik ilkin olaraq iki yüngül formada istifadə edilir. ÜST-ün təlimatına əsasən maye formasında ilk 5 gün verilir.

"Arbidol" boş şeydir, camaat heç onu axtarıb almasın. Daha çox vitaminlər köçürtmək lazımdır. Əgər immun sistemdə paradoksal reaksiya getsə, "imunasupresoare"lərdən istifadə olunmalıdır. İkinci, infeksiyada antibiotik istifadə olunur, qızdırmanı salmaq, qanı durulaşdırmaq üçün isə "Parasetamol" və s.".

A.Qeybulla vurğulayıb ki, bütün bu müalicə preparatlarını da həkim təyin etməlidir:

"Bütün müalicə həkim tərəfindən təyin edilməlidir. Vaksin məsələsinə, illüziyasına da insanlar qapılmasın. Bu virus 8-9 aya yoxa çıxacaq. O müddətə qədər insanların davranışları adekvat olsa, biz, yəqin ki, bundan daha az itkilərlə çıxa bilərik". (milli.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənistan atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında etdiyi paylaşımda bildirib. Hikmət Hacıyev bildirib ki, raket həmin şəxsin evinin damına düşüb. “Ermənistanın hərbi cinayətləri davam edir”. Now. One more civilian was killed by Armeni...
Cəmiyyət
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
"Boş ümidlərə qapılmayın, ordumuz Azərbaycan qarşısında dayana bilməz". Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyilir. Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisindədir: “Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbay...
Cəmiyyət
Şücaət göstərən hərbçiyə mənzil hədiyyə olunub. “Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib. BakuCity.az xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil...
Cəmiyyət
Könüllü Bərdədə humanitar dəstək verərkən öldürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü Ermənistanın şəhəri kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb. BakuCity.az xəbər verir ki, bunu zərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter paylaşımında qeyd edib. BakuCity.az
Cəmiyyət
Erməni əsgər qadın Azərbaycan tərəfə keçib. BakuCity.az Erməni əsgər qadın könüllü olaraq Azərbaycan tərəfə keçib. BakuCity.az
Cəmiyyət
Düşmən rayonlarımızı təkrar atəşə tutub. Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
BMT Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BMT Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda yaşayış məntəqələrinin atəşə tutulmasını, o cümlədən də Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BakuCity.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib. “Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olma...
Cəmiyyət
Ermənistanın daha 51 hərbçisi ordumuz tərəfindən məhv edilib. İşğalçı Ermənistan Azərbaycan ordusunun əks-hücumu nəticəsində məhv edilən hərbçilərinin sayını açıqlayıb. BakuCity.az xəbər verir ki, bu dəfə ordumuz 51 erməni hərbçisini məhv edib. Düşmən tərəf ümumilikdə 1 119 hərbçisinin öldürüldüyünü etiraf edib. (oxu.az) BakuCity.az