"Semaşko"da bu gecə 20 koronavirus xəstəsi ölüb? - AÇIQLAMA

"Semaşko"da bu gecə 20 koronavirus xəstəsi ölüb? - AÇIQLAMA

"Semaşko"da 20-yə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb.

Sosial şəbəkələrdə bu gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) 20-yə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb. İddia olunur ki, orada olan şəxslər 20 meyitin xəstəxanadan çıxarıldığının şahidi olublar.

BakuCity.az xəbər verir ki, xəstəxananın baş həkimi Ədalət Dadaşov bu informasiyaların həqiqətə uyğun olmadığını deyib.

Ə.Dadaşovun sözlərinə görə, dünən xəstəxanada 3 nəfər koronavirusdan dünyasını dəyişib:

"Necə ola bilər ki, 20 insan vəfat etsin, amma bunu gizlədək?! Bu, doğru deyil. Biz bəzən vəziyyəti orta-ağır olan xəstələri “Atletlər kəndi” ərazisinə göndəririk. Bildiyiniz kimi, burada yalnız ağır xəstələr müalicə olunur. Ola bilər ki, həmin informasiyanı yayan şəxslər də “Atletlər kəndi”nə aparılan xəstələri görüb və səhv anlayıblar".

Həmçinin oxu: TƏBİB-dən “Semaşko”dakı vəziyyətlə bağlı AÇIQLAMA

Məlumat üçün bildirək ki, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. (axeber.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər