Bakı metrosunda onlarla borclu şəxs saxlanıldı

Bakı metrosunda onlarla borclu şəxs saxlanıldı

Bakı metrosunda onlarla borclu şəxs polis tərəfindən saxlanılıb.

Polis bölməsi əməkdaşları iyunun 22-də Bakı Metropolitenində keçirilən əməliyyat nəticəsində borclu kimi axtarışda olan iki qadın da daxil olmaqla 24 nəfəri saxlayıblar.

BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Saxlanılanlar Bakının Binəqədi, Səbail, Qaradağ, Sabunçu, Nərimanov, Nəsimi, Yasamal, Suraxanı, Xətai rayonlarının, eləcə də Qəbələ, Masallı, Astara və Gədəbəy rayonlarının polis şöbələri tərəfindən axtarışda olanlardır.

Aralarında həm dəfələrlə aliment ödəməyən, həm də banka borcu olan şəxslər Bakı metrosundakı polis postlarında sənədlərin yoxlanılması zamanı müəyyən ediliblər.

Bundan əlavə, son 24 saat ərzində Daxili İşlər Nazirliyinin paytaxt idarələri tərəfindən borclu kimi axtarışda olan 31 nəfər tutulub. (day.az)

BakuCity.az

Şərhlər