Bakı avropalı diplomatın gözü ilə - VİDEO

Bakı avropalı diplomatın gözü ilə - VİDEO

Avropalı diplomat Denis Daniilidis Bakıda yaşadığı 4 illih həyatından danışıb.

Denis Daniilidis 4 ildir Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti rəhbərinin müavini və diplomatik nümayəndəliyin Siyasət və mətbuat şöbəsinin müdiridir.

BakuCity.az xəbər verir ki, diplomat 2016-cı ildən - Türkmənistanda işlədikdən sonra diplomatik fəaliyyətini Bakıda davam etdirir.

Bakıda diplomat çox fəal həyat tərzi keçirib. Siyasi təmasları ilə yanaşı, hər dəfə dünyanın müxtəlif ölkələrindən olan insanlar arasında mədəni əlaqələrin və insanlararası körpülərin qurulmasına töhfəsini verib. Məhz onun təşəbbüsü ilə Bakıda təkcə yerli istedadlıların yox, həm də dünya ölkələrindən onlarla yaradıcı insanın qatıldığı Avropa Tolerantlıq Festivalı təşkil edilib. Belə formatda tədbir dünyada Aİ nümayəndəliyi tərəfindən maliyyələşdirilən ilk festival olub.

Azərbaycandakı diplomatik fəaliyyətini başa vurmazdan əvvəl D.Daniilidis “Report”a müsahibəsində ölkədə ən çox nəyi bəyəndiyini, Bakını necə xatırlayacağını açıqlayıb.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər