TƏBİB-dən alınan səlahiyyət Səhiyyə Nazirliyinə verilib.
Koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımı Səhiyyə Nazirliyi, stasionar müalicəni TƏBİB həyata keçirəcək.
BakuCity.az xəbər verir ki, xüsusi karantin rejimi müddətində Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyası ocaqlarında gigiyena və epidemiologiya, karantin-təşkilati, o cümlədən profilaktik tədbirlərinin görülməsi, yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin yerində aşkarlanaraq onlara ev şəraitində ambulator-poliklinik və təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Gigiyena-epidemioloji, habelə yuxarıda göstərilmiş sahələrdə çalışan tibb işçilərinin yeni növ koronavirus ocaqlarının aşkarlanmasına və bu ocaqlarda tibbi yardımın təşkilinə cəlb olunması nəzərdə tutulur.
Yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin stasionar müalicəsinin təşkilini isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxs həyata keçirəcək.
BakuCity.az