Azərbaycanın bu rayonu koronavirusa qalib gəldi

Azərbaycanın bu rayonu koronavirusa qalib gəldi

Koronavirusa qalib gələn rayonun adı açıqlanıb.

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində yayılması və onun təsirləri istər paytaxtda, istərsə də regionlarda hiss olunmaqdadır. Bununla belə, ölkədə virusun təsirlərinin aradan qalxdığı rayonlar da var.

BakuCity.az xəbər verir ki, Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov dediyinə görə, hazırda rayonda heç bir yoluxma halı yoxdur.

“Zərdabda vəziyyət digər rayonlara nisbətən yaxşıdır. Profilaktik tədbirlər həyata keçirilir. RİH və Polis şöbəsi tərəfindən mobil qruplar yaradılıb və bu qrupların nəzarəti ilə bütün lazımi tədbirlər görülüb”.

V.Məmmədov həmçinin rayon sakinlərindən 3 nəfərin koronavirusa yoluxduğunu və onlardan birinin dünyasını dəyişdiyini qeyd edib.

“İndiyə qədər 3 yoluxma hadisəsi qeydə alınıb. Bu şəxslərdən biri, yaşlı qadın dünyasını dəyişib. Hazırda heç bir yoluxma yoxdur”, – deyə İcra Hakimiyyətinin rəsmisi bildirib. (qazet.az)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər