Bakıda məşhur şadlıq sarayı cərimələndi

Bakıda məşhur şadlıq sarayı cərimələnib.

Bakının Nizami rayonu “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

BakuCity.az

Şərhlər

Biznes
Hazırda koronavirusu müalicə edən yeganə təsdiq olunmuş preparat “remdesivir”dur. BakuCity.az xəbər verir ki, hidroksixloroxin, kaletra, arbidol (umifenovir), afludol (umifenovir), favipiravir kimi preparatlar koronavirusu nəinki müalicə etmir, onlardan bəziləri hətta əks təsirlərə səbəb olur. Belə ki, hidroksixloroxin ürək-damar sistemində ağır fəsadlar yarada bilir. Xüsusilə bu ürək xəstəlikləri olan, yaşlı insanlara aiddir. Epidemiyadan əvvəl 6-7 manatl...
Cəmiyyət
Bakının mərkəzində gənc qızla oğlan arasında əlbəyaxa dava baş verib. BakuCity.az bildirir ki, hadisə paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Şahidlərin sözlərinə görə, oğlan küçədə qaçaraq idman edən qıza sataşıb. Onun bu hərəkəti cavabsız qalmayıb. (hdxeber.com)  BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib. (report) BakuCity.az
Cəmiyyət
Düşmən Tovuzun kəndini belə atəşə tutub. "Onlar nə qədər kəndi atəşə tutsa da, biz mənfur düşmənin qarşısında igid kimi dayanmışıq”. BakuCity.az xəbər verir ki, bu sözləri “ARB Xəbər”ə ermənilərin atəşə tuduğu Tovuz rayonunun Ağdam kəndinin sakinləri deyib. Sakinlər lazım gələrsə, əsgərlərlə birlikdə döyüşməyə hazır olduqlarını da bildiriblər.  BakuCity.az
Siyasət
Ermənilər Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və y...
İdman
2025-ci ildə karate üzrə böyüklər arasında Avropa çempionatı Bakıda olacaq.  BakuCity.az Dünya Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qərar Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında keçirilən iclasında qəbul edilib.  İK 2021 - 2025-ci ilin ilkin təqvimini nəzərdən keçirib.  BakuCity.az
Ekologiya
Bakıda 14 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer ...
Siyasət
Azərbaycan Ordusunun bölmələri qisas əməliyyatlarına başlayıb. “İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib. Vaqif Dərgahlı bildirib ki, komandanlıq...
Siyasət
"Hərbçilərimizin qisası alındı". "Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib...