Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ

Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ

Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 25-i gündüzdən 27-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcəyi gözlənilir.

İyunun 26-sı gündüz və 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək, maksimal temperatur 24-27 dərəcə isti olacaq.

BakuCity.az

Şərhlər