Bu icazələr ləğv ediləcək - RƏSMİ

Bu icazələr ləğv ediləcək - RƏSMİ

Bir qrup işçinin işə çıxmasına icazə verilməsilə ilə bağlı müraciət olunub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sərt karantin tətbiq edilən şəhər və rayonlarda fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin işə çıxmasına icazə verilməsilə ilə bağlı müraciət edib.

BakuCity.az xəbər verir ki, bununla bağlı Dövlət Agentliyindənməlumat verilib.

Məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Qeyd olunub ki, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır:

"Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik. Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa avtomatik olaraq ləğv ediləcəkdir". (baku.ws)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər