Bu gün Azərbaycanda koronavirusla bağlı 7 274 test aparılıb.
BakuCity.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 449 235-ə çatıb.
Qeyd edilir ki, iyunun 25-i Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
BakuCity.az