ÜST: Azərbaycan da daxil olmaqla 11 ölkə risk qrupundadır

ÜST: Azərbaycan da daxil olmaqla 11 ölkə risk qrupundadır

Avropada 30 ölkədə koronavirusun sürətlə yayılması halı müşahidə olunub.

BakuCity.az xəbər verir ki, sürətlə yayılmaya səbəb kimi bu ölkələrdə karantin rejiminin yumşaldılması göstərilib.

Məsələ ilə bağlı məlumat verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge Avropada gündəlik 20 min yoluxma və 700 ölüm faktının olduğunu bildirib.

Hans Klüge qeyd edib ki,  11 ölkədə sürətli yoluxma çox ciddi problemlərə yol açıb və ciddi tədbilər görülməzsə, Avropa səhiyyə sistemini dağıtmaq təhlükəsi qarşısında qoya bilər.

H.Klüge sözügedən 11 ölkənin Ermənistan, İsveç, Şimali Makedoniya, Qazaxıstan, Qırğızıstan, Albaniya, Bosniya və Hersoqovina, Ukrayna, Kosovo, Moldova və Azərbaycan olduğunu deyib. (konkret.az)

BakuCity.az

Şərhlər