Bu tarixdən sonra sərt karantin rejiminə ehtiyac olmayacaq

Bu tarixdən sonra sərt karantin rejiminə ehtiyac olmayacaq

"Ümid edirəm ki, iyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq".

BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksianisti Cəlal İsayev deyib:

"Amma biz yoluxmanın sayına baxmalı, gedişatı izləməli, təhlil aparmalıyıq. İndidən demək olmaz ki, bu iki həftədə hər şey yaxşı olacaq. Çünki insanlar səhlənkarlıq edir, maska taxmırlar, yas yerlərinə toplaşır, sərt karantin olsa da, küçələrdə, parklarda gəzirlər. Yoluxmanın artmasına səbəb olan amillər bunlardan ibarətdir. Əgər tövsiyələrə əməl edilsə, onda azalma olar”.

C.İsayev karantin tələblərinə əməl olunmasa yoluxmanın artacağını qeyd edib. Onun sözlərinə görə, xəstəxanalarda artıq yer yoxdur, yüngül xəstələr ev şəraitində müalicə olunurlar.

Baş infeksionist uşaqlarda koronavirusa yoluxmanın az olduğunu da vurğulayıb:

"Amma uşaqları da qorumaq lazımdır. Bu, əsas vermir ki, uşaqlarda yoluxma faizi azdırsa, gigiyenik qaydalara əməl etməsinlər”.

Qeyd edək ki, Azərbaycanda avqustun 1-dək xüsusi karantin rejimidir, iyulun 5-dək isə SMS-lə küçəyə çıxmağa icazə verilir. (musavat.com)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər