Postlardan keçə bilmək üçün icazə kağızı bəs deyil - ŞƏRTLƏR

"Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim”.

BakuCity.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyev qeyd edib ki, ancaq buna baxmayaraq, rayonlara axın olub:

"Onların əksəriyyəti postlardan geri qaytarıldı. Bəziləri torpaq yolla keçməyə cəhd etdi və buna nail oldu. Artıq texniki vasitələrdən istifadə etməklə, bu kimi halların da qarşısını almağa çalışacağıq. Əgər bir postdan keçən avtomobil digər postda görünməyəcəksə, deməli, torpaq yola keçib və həmin avtomobillər, onların sürücüləri aşkarlanacaq”.

BDYPİ-nin şöbə rəisi qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib:

"Bu da müəyyən sayda avtomobilin sərbəst hərəkəti deməkdir. Ümumiyyətlə, onu da deyim ki, hərəkətinə icazə verilən şəxslərin ezamiyyə vərəqi olmalıdır və ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq. Ezamiyyəyə gedənlər də avtomobildə ailə üzvlərini aparmağa cəhd etməsinlər”. (APA)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib. (report) BakuCity.az
Cəmiyyət
Düşmən Tovuzun kəndini belə atəşə tutub. "Onlar nə qədər kəndi atəşə tutsa da, biz mənfur düşmənin qarşısında igid kimi dayanmışıq”. BakuCity.az xəbər verir ki, bu sözləri “ARB Xəbər”ə ermənilərin atəşə tuduğu Tovuz rayonunun Ağdam kəndinin sakinləri deyib. Sakinlər lazım gələrsə, əsgərlərlə birlikdə döyüşməyə hazır olduqlarını da bildiriblər.  BakuCity.az
Siyasət
Ermənilər Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və y...
İdman
2025-ci ildə karate üzrə böyüklər arasında Avropa çempionatı Bakıda olacaq.  BakuCity.az Dünya Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qərar Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında keçirilən iclasında qəbul edilib.  İK 2021 - 2025-ci ilin ilkin təqvimini nəzərdən keçirib.  BakuCity.az
Ekologiya
Bakıda 14 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer ...
Siyasət
Azərbaycan Ordusunun bölmələri qisas əməliyyatlarına başlayıb. “İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib. Vaqif Dərgahlı bildirib ki, komandanlıq...
Siyasət
"Hərbçilərimizin qisası alındı". "Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib...
Cəmiyyət
AZAL iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib. BakuCity.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.  Məlumata görə, "Airbus A340" hava gəmisi ilə Azərbaycan vətəndaşları Vətənə çatdırılıb.  Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraiti...
Cəmiyyət
Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. BakuCity.az xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb. Məlum...