Covid-19 peyvəndinin təhlükəli nəticələri AÇIQLANDI

Covid-19 peyvəndinin təhlükəli nəticələri AÇIQLANDI

Koronavirus (Covid-19) peyvəndinin təhlükəli nəticələri açıqlanıb.

Rusiyalı tibb elmləri doktoru, professor Mixail Kostinov xəbərdarlıq edib ki, koronavirusa qarşı peyvənd testlərində iştirak edən şəxslər bir sıra təhlükəli simptomlardan ehtiyat etməlidirlər.

BakuCity.az xəbər verir ki, bu barədə mütəxəssis "Sputnik” radiosuna danışıb.

Mixail Kostinovun sözlərinə görə, orqanizmin peyvəndə mülayim reaksiya verməsi hərarətin 37,5 dərəcəyə, normal halda 38,5 dərəcəyə qədər artması deməkdir. Əgər temperatur yüksələrsə və 38,6 dərəcədən çox olarsa, bu, güclü reaksiya deməkdir.

Mütəxəssis qeyd edib ki, hər hansı dərmanın sınağında güclü reaksiyalar minimal həddə - yüzdə, mində bir halda olmalıdır.

İnfeksiya zamanı diametri 8 sm-dən çox olmamaqla bəzi yerlərdə qızartılar görünə bilər. 5-6 sm-ə qədər qızartı mülayım reaksiya hesab edilir. Bu vəziyyətdə nə temperatur, nə də inyeksiyaya reaksiya iki gündən çox davam etməməlidir.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər