Bakıda bazar ertəsinə gözlənilən hava PROQNOZU

Bakıda bazar ertəsinə gözlənilən hava PROQNOZU

Bakıda 29 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 25-29, Bakıda gecə 19-21, gündüz  26-28 dərəcə isti təşkil edəcək. 

Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.   

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.  

BakuCity.az

Şərhlər