8103 SMS icazə ilə bağlı limit tətbiq edildi

8103 SMS icazə sistemi ilə bağlı daha bir dəyişiklik edilib.

BakuCity.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

E. Niftəliyevin sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq:

"Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi. Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit təbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun.

Beləliklə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Həmçinin 2 kodundan istifadə edərək icazə alan vətəndaş da daha 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Bu məhdudiyyətlərin tətbiqi sui-istifadə hallarının çoxluğundan irəli gəlib".

Dövlət Agentliyi vətəndaşlara tövsiyə edib ki, təxirəsalınmaz tibbi yardımla bağlı 1 kodundan istifadə edən vətəndaş həmin müddət ərzində digər ərzaq ehtiyaclarını da ödəsin.

Qeyd edək ki, daha əvvəl 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün icazə cavabının gəlmə vaxtı 15 dəqiqəyə qaldırılıb.

Məlumat üçün bildirək ki, “E-Təbib” mobil tətbiqi vasitəsilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunur. (report)

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakının mərkəzində gənc qızla oğlan arasında əlbəyaxa dava baş verib. BakuCity.az bildirir ki, hadisə paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Şahidlərin sözlərinə görə, oğlan küçədə qaçaraq idman edən qıza sataşıb. Onun bu hərəkəti cavabsız qalmayıb. (hdxeber.com)  BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib. (report) BakuCity.az
Cəmiyyət
Düşmən Tovuzun kəndini belə atəşə tutub. "Onlar nə qədər kəndi atəşə tutsa da, biz mənfur düşmənin qarşısında igid kimi dayanmışıq”. BakuCity.az xəbər verir ki, bu sözləri “ARB Xəbər”ə ermənilərin atəşə tuduğu Tovuz rayonunun Ağdam kəndinin sakinləri deyib. Sakinlər lazım gələrsə, əsgərlərlə birlikdə döyüşməyə hazır olduqlarını da bildiriblər.  BakuCity.az
Siyasət
Ermənilər Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və y...
İdman
2025-ci ildə karate üzrə böyüklər arasında Avropa çempionatı Bakıda olacaq.  BakuCity.az Dünya Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qərar Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında keçirilən iclasında qəbul edilib.  İK 2021 - 2025-ci ilin ilkin təqvimini nəzərdən keçirib.  BakuCity.az
Ekologiya
Bakıda 14 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer ...
Siyasət
Azərbaycan Ordusunun bölmələri qisas əməliyyatlarına başlayıb. “İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib. Vaqif Dərgahlı bildirib ki, komandanlıq...
Siyasət
"Hərbçilərimizin qisası alındı". "Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib...
Cəmiyyət
AZAL iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib. BakuCity.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.  Məlumata görə, "Airbus A340" hava gəmisi ilə Azərbaycan vətəndaşları Vətənə çatdırılıb.  Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraiti...