• Ana səhifə
  • Tibbi maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
16:00, 29 iyun 2020

Tibbi maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR

Tibbi maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR

Azərbaycanda tibbi maska taxmamağa görə cərimələr artırılıb.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələrin artırılması təklif edilir.

BakuCity.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasınən qarşısının alınmamasına görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, yuxarıda göstərilən xətaya görə, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilirdi.

Eyni zamanda bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilirdi.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. (APA)

BakuCity.az

Cərimələr artırıldı - MƏBLƏĞLƏR Share Çap et Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında tibbi maska taxmamağa görə cərimələrin artırılmasını müzakirəyə çıxarıb. AzEdu.az xəbər verir ki, bununla iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirə edilib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək. Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək. Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib. Bundan əvvəl isə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirdi.
#xeberler #xeberler baki #xeberler portali #xeberler son deqiqe #xeberler azerbaycan #xeberler bugun 2020 #xeberler bu gune #xeberler dunen #sonxeberler #en son xeberler

Şərhlər

Elan
live comments feed...