• Ana səhifə
  • "Zirə Peşəkar Futbol Klubu"nun xalis MƏNFƏƏTİ
09:55, 30 iyun 2020

"Zirə Peşəkar Futbol Klubu"nun xalis MƏNFƏƏTİ

"Zirə Peşəkar Futbol Klubu"nun xalis MƏNFƏƏTİ

"Zirə Peşəkar Futbol Klubu"nun xalis mənfəəti 34% artıb.

"Zirə Peşəkar Futbol Klubu" MMC 2019-cu ili 57 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2018-ci illə müqayisədə təxminən 34% çoxdur.

BakuCity.az xəbər verir ki, bununla bağlı Klubun maliyyə hesabatında məlumat yer alıb.

Belə ki, ötən il "Zirə Peşəkar Futbol Klubu"nun əməliyyat gəlirləri 4 milyon manatdan çox (əvvəlki ilə nisbətən təxminən 15% çox), əməliyyat xərcləri 4 milyon manata yaxın (yenə də təxminən 15% çox), fövqəladə xərcləri 5 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmləri isə 14 min manat (təxminən 34% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Zirə Peşəkar Futbol Klubu"nun aktivləri 193 min manat olub ki, bu da illik müqayisədə təxminən 74% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri 7% artaraq 308 min manata çatıb, balans kapitalındalı çatışmazlıq isə 35% azalaraq 115 min manata düşüb.

Xatırladaq ki, "Zirə Peşəkar Futbol Klubu" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. 

BakuCity.az

#idman xeberleri #idman xeberleri futbol #idman xeberleri bu gun #idman xeberleri yeni #idman xeberleri gules #idman xeberleri azerbaycan #idman azerbaycan xeberler #idman xeberleri boks #gunun idman xeberleri,

Şərhlər

Elan
live comments feed...