Deputat: Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin

Deputat: Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin

 "Böyük ticarət mərkəzləri və "mall"lar bu qaydalarla işləsin".

Əksepidemik tədbirlər konkret epidemiya mənbəyinə fokuslanmalıdır. Bu gün Bakıda əsas epidemik ocaqlar müəyyən edilib söndürülməlidir. 

BakuCity.az xəbər verir ki, bunu Milli Məclsin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. M. Quliyevin fikrincə, diqqət daha çox marketlərə, apteklərə, metroya və avtobuslara yönəlməlidir:

"Bu gün bir neçə market və aptekdə müşahidə apardım. Marketlərin işçilərinin belə bəziləri maska rejiminə əməl etmirlər, ya maskasızdırlar, ya da maskaları çənələrinin altına keçirilmiş vəziyyətdədirlər. Marketlər daha çox sifariş - evə çatdırılma sistemi ilə işləsələr, maskasız olan müştəriləri dükana buraxmasalar, alıcıları sıxlıq yaratmadan yola salsalar, eyni vaxtda 15-20 nəfərdən çox müştərini içəriyə almasalar, bu məkanda yoluxma riskini minimuma endirmək olar. Karantin dövründən sonra da vəziyyət tam stabilləşənə qədər bütün bazarlar, böyük alış- veriş mərkəzləri, o cümlədən 'Sədərək" və "Binə" kimi ticarət mərkəzləri onlayn rejimdə xidmət göstərməlidir".

Apteklərə gəlincə, M.Quluyev qeyd edib ki, bu məkanlar hazırda xəstə və virus daşıyıcısı olan insanların daha çox müraciət etdiyi məkanlardan biridir:

"Təklif edirəm ki, koronavirus pandemiyası bitənə qədər bütün apteklər satışı onlayn sifariş əsasında evə çatdırma və pəncərədən xidmət şəklində həyata keçirsinlər. Aptek sahəsi kiçik olan qapalı məkan sayıldığından burada maska ilə belə yoluxma təhlükəsi böyükdür".

Millət vəkili, evdə müalicə alan COVİD-19 xəstələrinin müalicəsin də münasibət bildirib:

"Ev müalicəsində işlədilən dərmanlar yalnız resept əsasında satılmalıdır ki, defisit yaranmasın, bu xəstələrin dərmanları onlayn sifariş əsasında evlərinə çatdırılsın ki, virus daşıyıcıları aptekə gedərək digər insanları yoluxdurmasın. Yaxşı olar ki, antivirus preparatlar evdə müalicə olunan yüngül xəstələrə də TƏBİB-in vəsaiti hesabına verilsin. Ən azı sosial müdafiəyə ehtiyacı olan ailələrə bu dəstək göstərilsin".

"Avtobus və metro vaqonlarına maskasız sərnişin mindirilməməlidir, əgər sərnişin ictimai nəqliyyata mindikdən sonra maska rejimini pozursa, nəzarətçi polis tərəfindən dərhal cərimələnməlidir".

Millət vəkilinin qeyd edib ki, kənd yerlərində əsas yoluxma mənbələri xeyi-şər mərasimləridir:

"Qadağalara, maariflənmə işlərinə baxmayaraq, kəndlərdə yenə də yas mərasimləri çoxlu insanların iştirakı ilə keçirilir, gizli keçirilən nişan və toy mərasimləri haqqında da informasiyalar gəlməkdədir. Hesab edirəm ki, Operativ Qərargahın qərarı ilə kəndlərdə kənd icra nümayəndəsi, bələdiyyə sədri və polis sahə müvəkkilindən ibarət nəzarət qrupları yaradılmalı və onlar kəndlərdə mərasimlərin təlimat və qaydalara uyğunluğuna nəzarət etməli və cavabdehlik daşımalıdırlar.

Milli Məclis karantin rejimi qaydalarının pozulmasına, o cümlədən qoruyucu tibbi maskalardan istifadə etməməyə görə cərimələrin artırılması barədə qanun qəbul etdi. Yeni qanun situasiyanı gəyişəcəkmi? Fikrimcə, kompleks yanaşma tətbiq edə bilsək, uğurlu nəticələr o qədər də uzaqda deyildir" , - deyə M.Quliyev bildirib.

BakuCity.az

xeberler xeberler baki xeberler portali xeberler son deqiqe xeberler azerbaycan xeberler bugun 2020 xeberler bu gune xeberler dunen sonxeberler en son xeberler
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənilərin qorxulu röyası olan PUA-nın yeni seriyası gəlir. Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar, o cümlədən "AKINCI” və "Bayraktar TB3” yerli mühərriklər sayəsində daha da təkmilləşdiriləcək. BakuCity.az xəbər verir ki, bu barədə Baykar Texniki Şirkətinin müdiri və T3 Vəqfinin idarə heyətinin sədri Səlçuk Bayraktar "Twitter” sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda TEI (TUSAŞ Motor Sanayi A.Ş.) tərəfindən istehsal edilən yerli təyyarə...
Cəmiyyət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) BakuCity.az-a bildirilib ki, Xidmət tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Respublikamızda koronavirus infeksiya...
Cəmiyyət
"Vəziyyət kritikdir".  BakuCity.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. İnfeksionist bildirib ki, bu şəkildə davam etsə, ölkənin böyük əksəriyyətində yoluxma sayları yüksələcək: "Yoluxmanın 1000-in üzərində olması ciddi bir rəqəmdir. Yoluxanlarının sayının daha da artma ehtimalı var. Xəstəliyin bir insandan digərinə çox asan və sadə yolla yoluxduğuna görə və yoluxma əmsalı yüks...
Cəmiyyət
İzmir 5 bal gücündə daha bir zəlzələ ilə sarsılıb. Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən 6,6 bal gücündə zəlzələdən sonra yeraltı təkanlar davam edir. BakuCity.az xəbər verir ki, son olaraq yerli vaxtla 08:31-də 5 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar ətraf rayonlarda da hiss olunub. Ümumilikdə, dünəndən bəri İzmirdə 400-dən artıq təkan qeydə alınıb, onlardan 31-nin gücü 4 baldan artıq olub. (Haber Global) BakuCity.az
Cəmiyyət
Ermənilər rayonlarımızı atəşə tutmaqda davam edir. Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub. BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
Ermənistanın Spitak şəhərinin tibb mərkəzində partlayış baş verib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində yazıb. “Partlayış “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin ərazisində baş verib. İlkin məlumata görə, oksigen təchizatı sistemi partlayıb. Hadisənin təfərrüatı aydınlaşdırılır”, – o qeyd edib. BakuCity.az
Cəmiyyət
Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən cəbhə zonasında ezamiyyətdə olan Səxavət Məmməd bildirib. BakuCity.az Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir: “Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli...
Cəmiyyət
Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Dağlıq Qarabağın marionet rejiminin rəhbəri Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Panik "xalqa müraciətində" Arutyunyan bir gün əvvəl Azərbaycan qoşunlarının şəhərdən beş kilometr aralıda yerləşməsi barədə faciəvi bir nitq söyləməklə kifayətlənmədi və bütün ermənilər onu xilas etmək məcburiyyətindədirlər - komandası göz yaşı tökən bir video da çəkdi. Sanki bir Hollivud əsərindən kadrlardır - Araik çox e...
Cəmiyyət
Prezident İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını açıqlayıb.  BakuCity.az xəbər verir ki, prezidentin tvitində bildirilir:  "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" BakuCity.az